Qahirədə ticarət mərkəzində partlayış: 3 ölü, 17 yaralı
Misirin paytaxtı Qahirədə ticarət mərkəzində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyi hadisənin Yeni Qahirə rayonundakı “Arabella Plaza” ticarət mərkəzində baş verdiyini bildirib.
Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisəyə birinci mərtəbədə yerləşən hədiyyə mağazasında helium balonunun partlamasının səbəb olduğu bildirilir.
11:33 14.08.2026
Oxunuş sayı: 47