Türkiyə və Misirdən ortaq mesaj – Yaxın Şərqdə yeni mərhələ başlayır
Türkiyə və Misir Yaxın Şərqdə artan gərginlik fonunda münasibətləri daha da gücləndirməyə çalışır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Misirin xarici işlər naziri Bədr Əbdülati Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra iki ölkə arasındakı əlaqələr barədə açıqlamalar verib.
Əbdülati bildirib ki, Türkiyə–Misir münasibətləri möhkəm təmələ əsaslanır və tərəflər əlaqələrin inkişafı üçün siyasi iradəyə malikdir.
Misirli nazir qeyd edib ki, Ankara ilə Qahirə Suriyanın suverenliyinə qarşı yönəlmiş bütün təcavüzkar addımları qəbul etmir və pisləyir.
O, Sudan məsələsində də Türkiyə ilə eyni mövqedə olduqlarını vurğulayıb. Əbdülati Sudanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkənin bölünməsi cəhdlərini rədd etdiklərini bildirib.
Nazirin sözlərinə görə, regionda çoxsaylı çağırışlar mövcuddur və buna görə də iki ölkə arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi vacibdir.
23:24 13.08.2026
Oxunuş sayı: 42