Yanacaq satışında yeni sistem: Rusiyada sürücüləri gözləyən dəyişiklik
Rusiyanın Kaluqa vilayətində avqustun 15-dən etibarən yanacaq satışı üçün cüt və tək günlər sistemi tətbiq ediləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.
Yeni qaydaya əsasən, benzin satışı müəyyən günlər üzrə həyata keçiriləcək. Məhdudiyyət magistral yollardakı yanacaqdoldurma məntəqələrinə şamil edilmir.
Qeyd olunur ki, tətbiq edilən sistem dizel yanacağının satışına aid olmayacaq.
23:38 13.08.2026
Oxunuş sayı: 51