Yaxın Şərqdə alovlanan gərginlik: Husilər Səudiyyəyə zərbə xəbərini verib
Yəməndəki husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən Saudi Aramco neft emalı zavoduna dronlarla zərbə endirdiklərini iddia ediblər.
Crossmedia.az xəbər verir ki, ˝SABA˝ agentliyinin məlumatına görə, hücum iki pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
22:50 13.08.2026
Oxunuş sayı: 47