İranda həyəcan təbili: Xəzər suitisi yox olmaq təhlükəsi ilə üz-üzədir
İranın Gilan əyalətində Xəzər dənizində ekoloji vəziyyətin ağırlaşması və Xəzər suitisinin yox olmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı xəbərdarlıq edilib.
Crossmedia.az xəbər verir ki, İranın Ətraf Mühitin və Təbii Sərvətlərin Mühafizəsi İdarəsinin Gilan əyaləti üzrə dəniz ekosistemlərinin mühafizəsi şöbəsinin rəhbəri Xəzər dənizinin böhran həddində olduğunu bildirib.
Onun sözlərinə görə, dənizin çirklənməsi və su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də ciddi iqtisadi və sosial problemlərə səbəb olur. Su bioloji ehtiyatlarının azalması balıqçıların gəlirlərinə və regionun turizm sektoruna mənfi təsir göstərir.
Mütəxəssis qeyd edib ki, Xəzər dənizinin yeganə yerli məməlisi olan Xəzər suitisi ətraf mühitin çirklənməsi, qida bazasının azalması və iqlim dəyişiklikləri səbəbindən ciddi təhlükə altındadır. O, həmçinin şimal əyalətlərində maliyyə çatışmazlığı səbəbindən bir sıra şəhər kanalizasiya təmizləyici qurğularının tikintisi layihələrinin başa çatdırılmadığını bildirib.
14:28 12.08.2026
Oxunuş sayı: 45