Kalininqrad vilayətini “NATO qunduzları” işğal edir
Rusiyanın Kalininqrad vilayətində Litva və Polşadan gələn qunduzların yaratdığı problemlə bağlı yerli sakinlərin narazılığı artır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Məlumata görə, qunduzlar iki aydır bölgədə çoxsaylı bəndlər tikir. Bunun nəticəsində bəzi su hövzələri məcrasından çıxaraq əkin sahələrini və meşələri su altında qoyur, digər ərazilərdə isə bataqlıqlaşma yaranır.
Sakinlər məhsullarını itirməkdən narahat olduqları üçün problemin həlli məqsədilə könüllülərdən ibarət qrup yaradılıb. Bildirilir ki, artıq 100-ə yaxın könüllü 43 qunduz bəndini söküb.
13:58 12.08.2026
Oxunuş sayı: 38