Putinin büstünün başını kəsib apardılar
Danimarkanın Orhus şəhərində Rusiya Prezidenti Vladimir Putinin büstünün başı kəsilərək oğurlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Danimarkanın “TV2” telekanalı məlumat yayıb.
Təxminən iki metr hündürlüyündə olan büst yerli “Radio4” radiostansiyasının reklam kampaniyası çərçivəsində şəhər parkında quraşdırılıb.
Büstün quraşdırılmasından təxminən altı saat sonra naməlum şəxslərin onun başını kəsərək apardığı məlum olub.
13:17 12.08.2026
Oxunuş sayı: 43