Rusiya Sakit okeanda ticarət gəmilərinə nəzarət imkanlarını açıqlayıb
Sakit Okean Donanmasının komandanı Viktor Liin Asiya-Sakit okean regionunda Rusiyanın təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Liin regionda yeni dost olmayan ittifaqların formalaşdığını və onların NATO elementləri olduğunu, lakin başqa ad altında fəaliyyət göstərdiyini deyib.
Onun sözlərinə görə, Qərbin Rusiyanın dəniz ticarətini məhdudlaşdırması əsas problemlərdən biridir. Liin bildirib ki, Asiya-Sakit okean regionunda 1001 gəminin hərəkəti təhlil edilib və onların 379-u Rusiyaya dost olmayan ölkələrin bayrağı altında üzür.
Komandan qeyd edib ki, regionda belə dövlətlərin gəmilərini saxlamaq üçün Rusiyanın lazımi imkanları var. O, həmçinin Asiya-Sakit okean regionunda hərbi-siyasi vəziyyətin gərgin olduğunu və daha da mürəkkəbləşmək tendensiyası göstərdiyini vurğulayıb.
12:56 12.08.2026
Oxunuş sayı: 41