Əfqanıstanda BMT əməkdaşları saxlanılıb
Əfqanıstanın Herat şəhərində BMT-nin Əfqanıstandakı Yardım Missiyasının iki əməkdaşı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Afghanistan International” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Talibanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları BMT nümayəndələrini qadınların Herat vilayətində saxlanılması ilə bağlı hesabat hazırladıqdan sonra, avqustun 9-da axşam saatlarında həbs ediblər.
Bildirilir ki, saxlanılan əməkdaşlar hesabat üçün bir neçə qadınla müsahibə də aparıblar.
Qeyd olunur ki, Heratda qadınlar üçün yeni qaydaların açıqlanmasından sonra etiraz çağırışları yayılıb. Qaydalara makiyajdan istifadə qadağası, üz maskası və corab geyinmək tələbi də daxildir.
11:25 12.08.2026
Oxunuş sayı: 55