İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
İran Hörmüz boğazının açılması üçün ABŞ-yə vasitəçilər üzərindən bir sıra şərtlər təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsün Rzayinin açıqlamasına istinadən məlumat yayıb.
Rzayinin sözlərinə görə, Tehranın şərtləri arasında hərbi əməliyyatların dayandırılması, o cümlədən Livanda və Qəzza sektorunda döyüşlərin sona çatdırılması var.
İran həmçinin ölkənin dondurulmuş aktivlərinin açılmasını tələb edir.
Rzayi bu şərtlərin ABŞ-a vasitəçilər vasitəsilə çatdırıldığını bildirib.
23:39 11.08.2026
Oxunuş sayı: 44