"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
"Sabah" komandası UEFA Avropa Liqasında əsas mərhələni təmin edib.
Crossmedia.az xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi sayəsində mümkün olub.
Azərbaycan çempionu qitənin bir nömrəli klub turnirində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırıb. Səfərdə 1-2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib. "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandırarsa, yarışı Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.
22:46 11.08.2026
Oxunuş sayı: 44