İran limanları uğrunda qarşıdurma: ABŞ gəmini atəşə tutub
ABŞ qüvvələri Hörmüz boğazında Panama bayrağı altında hərəkət edən konteyner gəmisinə atəş açıb.
Crossmedia.az bu barədə “The Wall Street Journal”-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ hərbi helikopteri İran limanlarına tətbiq edilən Amerika blokadasını yarmağa cəhd edən Vela Nova adlı konteyner gəmisini atəşə tutub.
Bildirilib ki, gəminin heyəti ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan sonra Amerika qüvvələri gəmiyə atəş açıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə məlumat verilməyib.
21:40 11.08.2026
Oxunuş sayı: 49