Zaxarova hərbçilərə müraciət etdi: Sizi Zelenskinin əli ilə məhv edirlər
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin müraciətinə münasibət bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Zaxarova sosial şəbəkələrdə yayılan video müraciətə cavab olaraq Ukrayna hərbçilərinə qaçın çağırışı edib və onları Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarları nəticəsində məhv edilməkdə ittiham edib.
Bundan əvvəl mediada Ukrayna hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Mixail Drapatoya müraciəti yayılıb.
Hərbçilər müraciətdə mövqelərində rotasiyanın həyata keçirilməməsindən, ərzaq, su və tibbi vasitələrin çatışmazlığından şikayətləniblər.
Onlar həmçinin təhlükəsiz şəkildə mövqelərdən çıxmaq üçün dəhliz və təxliyə məqsədilə nəqliyyat vasitələrinin ayrılmasını tələb ediblər.
21:27 11.08.2026
Oxunuş sayı: 46