“Sabah” bu gün “Orhus”la qarşılaşacaq
Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu qəbul edəcək.
Crossmedia.az xəbər verir ki, UEFA-nın məlumatına görə, qarşılaşma Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.
Komandalar arasında Danimarkada keçirilən ilk oyunda “Orhus” 2:1 hesabı ilə qalib gəlib.
“Sabah” növbəti mərhələyə adlamaq üçün ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.
10:12 11.08.2026
Oxunuş sayı: 38