CROSSMEDIA - TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentinə başsağlığı verib
Gündəm

TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentinə başsağlığı verib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

Crossmedia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".

08:57 27.12.2024

Oxunuş sayı: 3230

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR