Rusiya ordusu Ukraynanın limanlarına zərbələr endirib
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunduğu bildirilən limanlara və nəqliyyat infrastrukturuna zərbələri davam etdirib.
Crossmedia.az TASS-a istinadən, xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərbələr nəticəsində Çernomorsk limanında hərbi təyinatlı yüklərin saxlanıldığı konteyner terminalı da vurulub.
23:02 26.07.2026
Oxunuş sayı: 54