Moskva Ukraynanın limanlarına yeni zərbələr endirdiyini açıqladı
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Silahlı Qüvvələrinin maraqlarına xidmət etdiyi iddia edilən limanlara və nəqliyyat infrastrukturu obyektlərinə zərbələri davam etdirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, endirilən zərbələr nəticəsində Çernomorsk limanında hərbi təyinatlı yüklərin saxlanıldığı konteyner terminalı vurulub.
Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukrayna ordusunun logistikasında istifadə olunduğu iddia edilən obyektləri hədəf aldığını açıqlayıb.
Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu bəyanatı ilə bağlı rəsmi açıqlama verməyib.
23:47 26.07.2026
Oxunuş sayı: 52