Putin: "Poseydon"un döyüş növbətçiliyinə hazırlanması yekun mərhələdədir
Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti ilə görüşdə donanmanın inkişafı və Arktika ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Putin Hərbi Dəniz Qüvvələrinin Rusiyanın nüvə üçlüyünün mühüm tərkib hissəsi olduğunu bildirib. O, ölkənin Arktikada qarşıdurmaya can atmadığını, lakin milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.
Putinin sözlərinə görə, "Poseydon" sualtı sisteminin hazırlanması yekun mərhələyə çatıb və yaxın zamanda döyüş növbətçiliyinə veriləcək. O, həmçinin "Sirkon" hipersəs raketinin daha da təkmilləşdirildiyini, Rusiyanın müasir silahlarla təchiz olunmuş yeni kiçik hərbi gəmilər istehsal etdiyini qeyd edib.
22:49 26.07.2026
Oxunuş sayı: 65