Putindən Ukrayna ilə bağlı yeni ittihamlar
Rusiya Prezidenti Vladimir Putin Ukrayna hakimiyyətini nasist ideologiyasını yenidən dirçəltməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşündə bildirib ki, Kiyev hazırda açıq şəkildə nasist ideologiyasını təbliğ edir.
Rusiya liderinin sözlərinə görə, hazırkı Ukrayna hakimiyyəti ifrat millətçilik və neonasizm ideologiyasına əsaslanır.
Putin həmçinin qeyd edib ki, bu səbəbdən Ukrayna tərəfinin hərəkətləri onun üçün təəccüblü görünmür.
Ukrayna hakimiyyəti isə Rusiyanın bu ittihamlarını dəfələrlə rədd edib. Ukrayna rəsmiləri Moskvanın bu cür bəyanatlarını əsassız hesab etdiklərini bildirirlər.
23:29 26.07.2026
Oxunuş sayı: 54