Rusiyalı turistlər barədə yayılan xəbərlər Gürcüstanda qalmaqal yaradıb
Gürcüstanda rusiyalı turistlərin ölkədə təqib olunması ilə bağlı sosial şəbəkələrdə yayılan saxta məlumatlarla əlaqədar araşdırma başlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, ölkədən kənardan idarə olunan və Gürcüstanı gözdən salmağa yönəlmiş informasiya kampaniyası aparılır.
X sosial şəbəkəsində bir neçə saxta hesabdan rusiyalı turistlərin Gürcüstanda meşədə tək buraxıldığı, həmçinin restoranlarda sifariş etdikləri yeməklərin qəsdən korlandığı barədə paylaşımlar edilib.
00:05 06.08.2026
Oxunuş sayı: 65