Rusiya nümayəndəsi: Kiyev rejimi Afrikadakı terror fəaliyyətinə cəlb olunub
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Kiyev rejiminin Afrikadakı terror fəaliyyətinə aidiyyəti olduğunu iddia edib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Nebenzya bildirib ki, Kiyevə tədarük edilən Qərb silahlarının Afrikada, həmçinin Latın Amerikası və Yaxın Şərqdə silahlı qrupların əlinə keçməsi halları qeydə alınır.
O, bu halların Kiyevin Afrikadakı terror fəaliyyəti ilə əlaqəsini göstərdiyini vurğulayıb.
20:36 05.08.2026
Oxunuş sayı: 51