ABŞ nümayəndəsi İrəvanda “Tramp marşrutu” üçün qapı-qapı görüşüb
ABŞ xüsusi nümayəndəsinin müşaviri Ermənistanın xarici işlər naziri ilə görüşdən sonra Baş nazir Nikol Paşinyan və Baş nazirin müavini Mher Qriqoryanla danışıqlar aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşlərdə ˝Tramp marşrutu˝ layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Baş nazir və baş nazirin müavini ilə görüşlərdə ABŞ Dövlət Departamentinin TRIPP+ fonduna rəhbərlik edən iş adamı Konstantin Sokolov da iştirak edib.
21:16 05.08.2026
Oxunuş sayı: 49