Ekspert: Zalujnının NATO açıqlaması Zelenski rejiminə “şillə” oldu
Ukraynanın NATO-ya üzv olmayacağını bildirən keçmiş baş komandan və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnının açıqlaması Prezidenti Volodimir Zelenski rejiminə ciddi zərbədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri siyasi elmlər namizədi Protsenko bildirib.
Qeyd edək ki, Zalujnı daha əvvəl Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı fikirləri nağıl adlandırıb. O, Alyansı tənqid edərək, Kiyevin hərbi-sənaye kompleksi sahəsində Rusiyanın səviyyəsinə çatması üçün hələ uzun zaman lazım olduğunu deyib.
20:44 05.08.2026
Oxunuş sayı: 50