Gürcüstan ali təhsili pulsuz edir, amma...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət universitetlərində ali təhsilin pulsuz olacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, sistem tələbələrin təhsil motivasiyasını qorumaq məqsədilə müəyyən şərtlərlə tətbiq ediləcək. Tələbə bir semestr ərzində iki fəndən kəsilərsə, üçüncü semestrdən etibarən onun təhsilinin maliyyələşdirilməsi azaldılacaq.
Kobaxidze bildirib ki, bu tədbir cəza deyil, tələbələri daha yaxşı oxumağa təşviq etmək məqsədi daşıyır.
20:12 05.08.2026
Oxunuş sayı: 43