Husilər Səudiyyə tankerinə ballistik raketlə zərbə endirdiklərini açıqlayıblar
Yəməndəki husilər Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus Daisy tankerinə ballistik raketlə zərbə endirdiklərini bildiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Husilərin açıqlamasına görə, hücum tankerin Ədən körfəzində hərəkətdə olduğu vaxt həyata keçirilib.
Hadisə ilə bağlı tankerin vəziyyəti və mümkün itkilər barədə əlavə məlumat verilməyib.
00:02 06.08.2026
Oxunuş sayı: 68