Zaxarovadan Makrona sərt ittiham: Terror fəaliyyətində şəxsən iştirak edir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronu Kiyevi Rusiyaya qarşı hücumları gücləndirməyə çağırmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, Makronun açıqlamaları Ukraynaya Rusiyaya qarşı təzyiqi artırmaq çağırışı kimi qiymətləndirilə bilər.
“Fransa bilməlidir ki, onun rəhbərliyi qadınlara və uşaqlara qarşı terror fəaliyyətində şəxsən iştirak edir”, – Zaxarova bildirib.
23:58 05.08.2026
Oxunuş sayı: 75