Ödəniş bazarında dəyişiklik: "Modenis"in lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
“Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.
17:05 05.08.2026
Oxunuş sayı: 48