Audi A2 elektrik versiyasında geri qayıdır
Audi uzun illərdən sonra məşhur A2 modelini tam elektrik versiyasında yenidən təqdim etməyə hazırlaşır. Yeni Audi A2 E-tron yüksək enerji səmərəliliyi və təxminən 480 kilometrlik yürüş ehtiyatı ilə diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, NEWS.am-ın yaydığı məlumata görə, yeni model orijinal A2-nin əsas fəlsəfəsini – maksimum səmərəlilik və praktikliyi – qoruyaraq müasir elektrik platforması üzərində hazırlanıb.
Bildirilir ki, avtomobil Volkswagen Group-un təkmilləşdirilmiş MEB platformasında qurulub və 58 kVt·saat tutumlu LFP batareyası ilə təchiz edilib. Sınaqlar zamanı ən qənaətcil versiya bir enerji doldurması ilə təxminən 480 kilometr məsafə qət edib.
Yeni Audi A2 E-tron rəqəmsal salon, müasir multimedia sistemi və geniş interyerə malikdir. Bununla yanaşı, ekspertlər idman asqısının bir qədər sərt olmasını və yol səsinin gözləniləndən yüksək olduğunu qeyd edirlər.
Qeyd olunur ki, Audi A2 E-tron-un 2026-cı ilin sonuna qədər bazara çıxarılması planlaşdırılır
00:30 06.08.2026
Oxunuş sayı: 70