Metroda dəyişiklik: sərnişinlər bu xidmət üçün ödəniş edəcək
Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Bu barədə Crossmedia.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən aşağı olacaq: "Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək".
Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.
14:21 04.08.2026
Oxunuş sayı: 64