Zelenski: Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanla möhkəm münasibətlər qurmağın vacibliyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Bizə müstəqil Azərbaycanla möhkəm münasibətlər qurmaq lazımdır. Biz suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”, – Zelenski deyib.
Ukrayna lideri, həmçinin bu il uzun müddətdən sonra Ermənistanla əlaqələrin bərpa edildiyini qeyd edib. Onun sözlərinə görə, bu, müsbət nəticələr verə bilər.
22:52 03.08.2026
Oxunuş sayı: 62