Tramp: Reytinqlərim tarixdə heç vaxt olmadığı qədər yüksəlib
ABŞ Prezidenti Donald Tramp reytinqlərinin tarixdə heç vaxt olmadığı qədər yüksək olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” hesabında yazıb ki, onun fikrincə, real sorğular üzrə göstəriciləri bütün dövrlərin ən yaxşı nəticəsidir.
O, bunu vergi güzəştləri, məşğulluq göstəriciləri, ABŞ-yə xarici investisiyaların artması, sərhəd təhlükəsizliyi və ölkənin beynəlxalq mövqeyi ilə əlaqələndirib.
Tramp həmçinin mediada yayımlanan və onun fikrincə, radikal solçuların saxta sorğu nəticələrinə inanmamağa çağırıb.
ABŞ prezidenti Demokratları da tənqid edərək amerikalıları Respublikaçılara səs verməyə və Amerikanın böyüklüyünü dəstəkləməyə çağırıb.
19:46 03.08.2026
Oxunuş sayı: 46