Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
Ukraynanın keçmiş baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukraynanın heç vaxt NATO-ya üzv ola bilməyəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Ukraynanın NATO standartlarına yiyələnməsi üçün təxminən 12 il çalışmışam və hər il tezliklə NATO-ya üzv olacağıq sözlərini eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq”, – Zalujnı deyib.
Onun fikrincə, NATO-ya Rusiya Silahlı Qüvvələrinin inkişaf səviyyəsinin ən azı yarısına çatmaq üçün təxminən 12 il lazım olacaq.
23:40 03.08.2026
Oxunuş sayı: 53