Qara dənizdə gəmi hücuma məruz qaldı: 23 dənizçi təxliyə edilib
Kamerun bayrağı altında üzən Nadezhda yük gəmisi Qara dənizdə Ukrayna PUA-larının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “Cumhuriyet” qəzetinin məlumatına görə, hücum nəticəsində dörd dənizçi, o cümlədən üç Türkiyə vətəndaşı yaralanıb.
Gəmi Türkiyənin Samsun limanından Novorossiyskə təzə tərəvəz və meyvə aparırdı.
Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, hücuma məruz qalan gəmidəki 23 dənizçi Rusiyanın limanına təxliyə edilib.
23:24 03.08.2026
Oxunuş sayı: 50