Zelenskidən gözlənilməz qərar: ABŞ-dəki səfir vəzifədən uzaqlaşdırılıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ABŞ-dəki səfiri Olqa Stefanishinanı vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, ˝Politico˝-nun məlumatına görə, iyul ayında Stefanishinanın öz istəyi ilə diplomatik xidmətdən ayrılmaq qərarına gəldiyi bildirilmişdi.
O, bu vəzifəni 2025-ci ilin avqustundan tuturdu.
Stefanishinanın adı Ukraynanın Ədliyyə Nazirliyində 2,5 milyon qrivna məbləğində vəsaitin mənimsənilməsi və dövlət əmlakının qanunsuz əldə edilməsi ilə bağlı işdə hallanır.
21:24 03.08.2026
Oxunuş sayı: 47