Trampdan İrana sərt ittiham: İnanılmaz ikiüzlülük edirlər
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini, buna baxmayaraq Tehran hakimiyyətinin bunu inkar etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” hesabında İran rəhbərliyini inanılmaz ikiüzlülükdə ittiham edib.
Onun sözlərinə görə, İran tərəfi görüş keçirilməsini istəyir, danışıqlar başlayıb və yaxın gələcəkdə yeni görüşlərin keçirilməsi planlaşdırılır. Buna baxmayaraq, Tehran açıq şəkildə heç bir müzakirənin aparılmadığını bildirir.
Tramp, həmçinin İranın Hörmüz boğazına nəzarət etməsi ilə bağlı açıqlamalarını boş söhbət adlandırıb. O, boğaz üzərində faktiki nəzarətin ABŞ-də olduğunu iddia edib.
ABŞ prezidenti bildirib ki, İranla razılaşma əldə edilməyənə və ya ölkə tam təslim olmayana qədər İrana heç nəyin çatmasına imkan verməyəcək.
Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına heç vaxt yol verilməyəcək.
20:46 03.08.2026
Oxunuş sayı: 51