Pentaqon qeyri-ənənəvi plan hazırlayır: Yalnız hava zərbələri kifayət deyil
ABŞ Müdafiə Nazirliyi İranı cəzalandırmaq və Tehrana təzyiqi artırmaq üçün yaradıcı və qeyri-ənənəvi üsullar axtarır.
Crossmedia.az xəbər verir ki, ˝CNN˝-in məlumatına görə, ABŞ hərbi analitiklərinə Tehrana təzyiqi gücləndirmək üçün bu cür üsullar təklif etmələri barədə məktub göndərilib.
Məktub Donald Trampın İrana yenidən zərbələr endirməklə hədələməsindən az əvvəl yayılıb. Lakin Tramp daha sonra region liderləri ilə danışıqlardan sonra bu fikrindən geri çəkilib.
CNN qeyd edir ki, həm Mərkəzi Kəşfiyyat İdarəsi, həm də Pentaqonun hərbi kəşfiyyatı yalnız hava zərbələri ilə İranın mövqeyini dəyişməyin mümkün olmayacağını düşünür. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keyn də açıq şəkildə etiraf edib.
Bu səbəbdən Vaşinqton Tehrana təzyiq göstərmək üçün alternativ variantlar axtarır.
22:28 03.08.2026
Oxunuş sayı: 54