Kiyevdən meydanoxuma: Rusiya məqsədinə hərbi yolla çata bilməyəcək
Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov Rusiyanın Ukraynaya qarşı müharibəsinin çoxdan strateji dalana dirəndiyini, lakin Kreml rəhbərliyinin hələ də hərbi yolla qələbə qazana biləcəyinə inandığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiyanı sülhə məcbur etməyə yönəlmiş əməliyyat konkret müddət müəyyən edilmədən davam etdiriləcək.
“Davam edəcəyik… Əsas nəticədir. Hazırda görürəm ki, onlar məqsədlərinə hərbi yolla çata biləcəklərinə inanırlar. Bu, yanlış fikirdir və bütün bu illər ərzində baş verənlər bunu sübut edir. Müharibə, əslində, onlar üçün dalana dirənib. Bəli, müəyyən döyüşlər gedir – irəliləyişlə və ya irəliləyişsiz. Bizim də irəliləyişlərimiz var. Amma strateji baxımdan müharibə çoxdan dalana dirənib”, – Budanov deyib.
22:20 03.08.2026
Oxunuş sayı: 63