Bəhreyn: İran PUA-ları mülki aeronaviqasiya obyektlərinə hücum edib
Bəhreyn hakimiyyəti İranın pilotsuz uçuş aparatları ilə ölkənin mülki aeronaviqasiya obyektlərinə hücum etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Bəhreynin Nəqliyyat və Rabitə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, hücum mülki aeronaviqasiya infrastrukturunu hədəf alıb. Bununla belə, hadisə ölkənin hava nəqliyyatının fəaliyyətinə təsir göstərməyib.
Qeyd olunub ki, aidiyyəti qurumlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün dərhal zəruri tədbirlər görüblər və Bəhreynin uçuş məlumatı bölgəsindən tranzit hava hərəkəti normal rejimdə davam edir.
16:28 20.07.2026
Oxunuş sayı: 54