Tısbağa qabığındakı altıbucaqların səbəbi hər kəsi təəccübləndirir
Tısbağaların qabığındakı altıbucaqlı naxışlar təsadüfi deyil. Alimlərin sözlərinə görə, bu quruluş həm qabığın möhkəmliyini təmin edir, həm də tısbağanın böyüməsinə imkan yaradır.
Crossmedia.az xəbər verir ki, tısbağalar böyüdükcə qabıqları da onlarla birlikdə genişlənməlidir. Buna görə qabıq bir-birinə sıx birləşən ayrı-ayrı lövhəciklərdən ibarətdir. Bu lövhəciklər kənarlardan böyüyərək qabığın bütün səthinin bərabər şəkildə genişlənməsini təmin edir.
Alimlərin izahına görə, əgər bu lövhəciklər dairə formasında olsaydı, onlar bir-birinə tam şəkildə birləşə bilməzdi və aralarında boşluqlar yaranardı. Altıbucaqlı forma isə bütün hissələrin boşluq qalmadan bir-birinə sıx yerləşməsinə imkan verir.
Məhz buna görə də təbiət tısbağaların qabığında altıbucaqlı quruluşu seçib. Bu forma həm davamlılığı artırır, həm də böyümə prosesini daha səmərəli edir.
Nigar Xəlilli
19:40 20.07.2026
Oxunuş sayı: 71