Ermənistan hüquq-mühafizə orqanları Qaqik Tsarukyanın kompleksində əməliyyat keçirib
Ermənistan hüquq-mühafizə orqanları oliqarx və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana məxsus "Paravon" kompleksində əməliyyat keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə istinadən "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, Ermənistan Dövlət Gəlirləri Komitəsi restoran, hotel və əyləncə mərkəzini özündə birləşdirən kompleksin dövlət büdcəsinə təxminən 224 min ABŞ dolları məbləğində vergi ödəmədiyini iddia edir.
Bildirilib ki, müəssisə 2025–2026-cı illərdə 300 milyon dram (təxminən 819 min ABŞ dolları) dövriyyəni vergi orqanlarından gizlədib. Nəticədə dövlət büdcəsinə 82 milyon dram verginin ödənilmədiyi qeyd olunur. Faktla bağlı cinayət işi açılıb.
Xatırladaq ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. Onun evində və bir sıra biznes obyektlərində axtarışlar aparılıb, bəzi obyektlər isə hələ də bağlı qalır.
16:20 20.07.2026
Oxunuş sayı: 53