Hindistanda "Tarakan hərəkatı" etirazları davam edir
Hindistanda gənclərin başladığı və "Tarakan hərəkatı" (Cockroach Janta Party) kimi tanınan etiraz aksiyaları davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, etirazçılar ölkənin təhsil sistemində geniş islahatların aparılmasını və təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edirlər. Aksiyalar imtahan suallarının sızdırılması və təhsil sahəsindəki digər problemlərlə bağlı narazılıqlar fonunda geniş vüsət alıb.
Bildirilib ki, hərəkatın tərəfdarları paytaxt Yeni Dehlidə parlamentə yürüş keçirməyə cəhd göstəriblər. Polis aksiyanın qarşısını almaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Buna baxmayaraq, minlərlə etirazçı aksiyanı davam etdirib.
Etirazların əsas simalarından olan ictimai fəal Sonam Vanqçuk hökumətdən təhsil sistemində məsuliyyət daşıyan şəxslərin cavab verməsini tələb edərək aclıq aksiyası keçirib. Onun xəstəxanaya yerləşdirilməsi etirazların daha da genişlənməsinə səbəb olub.
16:26 20.07.2026
Oxunuş sayı: 54