Rusiya XİN: Zelenski köhnə siyasi komandanı yenidən formalaşdırır
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Prezidenti Volodimir Zelenskinin Sergey Koretskini baş nazir vəzifəsinə təyin etməsini şərh edərək, bunun hakimiyyət daxilində "köhnə siyasi komandanın yenidən formalaşdırılması" olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Miroşnikin sözlərinə görə, Zelenski hakimiyyətdə əsas simaları deyil, onlardan sonrakı səviyyədə olan və özünə sadiq şəxsləri ön plana çıxarır.
"O, köhnə siyasi kartları yenidən qarışdıracaq, hakimiyyətə artıq birinci şəxsləri deyil, ikinci və üçüncü dərəcəli köməkçiləri gətirəcək. Lakin onların hamısı onun sədaqət komandasına daxildir. Koretski də bunun bariz nümunəsidir", – deyə rusiyalı diplomat bildirib.
16:45 19.07.2026
Oxunuş sayı: 63