Tramp İrandakı hərbi əməliyyatları müdafiə edib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları müdafiə edərək, İranın zərbələri nəticəsində amerikalı hərbçilərin həlak olmasına görə onu tənqid edən demokrat konqresmenlərin ittihamlarına cavab verib.
Crossmedia.az xəbər verir ki, "New York Post" bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp İrandakı müharibədə itkiləri Vyetnam və Əfqanıstan kampaniyalarındakı itkilərlə müqayisə edib.
"Vyetnamda nə qədər insanın həlak olduğunu heç soruşmusunuz? Bir gündə Əfqanıstanda nə qədər insanın öldüyünü soruşmusunuz? Təkcə bir gündə – Yuxulu Co Baydenin rəhbərliyi dövründə", – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, İordaniyadakı Muvaffaq Salti aviabazasına endirilən zərbə nəticəsində ABŞ hərbçilərinin həlak olması faciədir. Bununla yanaşı, o iddia edib ki, onlar "İranın nüvə silahına sahib olmasını və Yaxın Şərqin məhv edilməsini istəmədikləri üçün" həyatlarını itiriblər.
16:17 19.07.2026
Oxunuş sayı: 70