ABŞ İsrailə böyük zərbə hazırlığı üçün hərbi təyyarə göndərir
ABŞ İsrailə daha onlarla yanacaqdaşıyan hərbi təyyarə göndərir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Axios˝ -a istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi eskalasiyanın əhəmiyyətli dərəcədə artırılması variantlarını nəzərdən keçirir.
Bildirilir ki, Vaşinqton İran ərazisində mühüm infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyalarına zərbələr endirilməsi, eləcə də nüvə obyektlərinə qarşı yeni hücumların mümkünlüyünü araşdırır.
ABŞ-nin əlavə yanacaqdaşıyan təyyarələri İsrailə yerləşdirməsi mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.
Hazırda Vaşinqtonun yekun qərar verib-vermədiyi və mümkün əməliyyatların miqyası barədə rəsmi açıqlama verilməyib.
23:59 17.07.2026
Oxunuş sayı: 64