İsrail parlamenti özünü buraxıb
İsrail parlamenti – Knesset özünü buraxmaq barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, qərar bu gün səhər keçirilən iclasda ikinci və üçüncü oxunuşlarda təsdiqlənib.
Qərara əsasən, Knesset iyulun 17-dən etibarən fəaliyyətini dayandıracaq və tətilə çıxacaq.
Parlamentin buraxılması ilə əlaqədar İsraildə növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.
21:04 17.07.2026
Oxunuş sayı: 52