Ankara Netanyahu ilə bağlı yeni hüquqi proses başlatdı
İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu barəsində İnterpola qırmızı bülleten verilməsi üçün sorğu göndərilməsi barədə qərar qəbul edib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istindən xəbər verir.
Məlumata görə, qərar İstanbul prokurorluğunun Netanyahu və bir sıra İsrail rəsmiləri barəsində irəli sürdüyü ittihamlar çərçivəsində qəbul olunub. Türkiyə onları insanlığa qarşı cinayətlər və digər beynəlxalq hüquq pozuntularında ittiham edir.
Qərarın fonunda Ankara və Təl-Əviv arasında münasibətlərdə gərginlik davam edir. Türkiyə son aylarda İsrailə qarşı diplomatik və hüquqi addımlarını gücləndirib.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, İnterpolun qırmızı bülleteni beynəlxalq həbs orderi hesab edilmir. Belə bildiriş yalnız üzv dövlətlərə şəxsin yerinin müəyyən edilməsi və milli qanunvericiliyə uyğun olaraq müvəqqəti saxlanılması ilə bağlı müraciət xarakteri daşıyır.
Həmçinin vurğulanır ki, İnterpolun Nizamnaməsinin 3-cü maddəsi təşkilatın siyasi xarakterli işlərə müdaxiləsini qadağan edir. Bu səbəbdən sorğunun qəbul olunacağı və ya rədd ediləcəyi hələlik məlum deyil.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar isə Türkiyə məhkəməsinin qərarını siyasi motivli addım adlandıraraq tənqid edib.
23:29 17.07.2026
Oxunuş sayı: 72