Zaxarovadan Avropaya sərt cavab: Sübut haradadır?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa ölkələrinin Rusiyanı kiberməkanda zərərli fəaliyyətlərdə ittiham etməsinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarova iddia edib ki, Avropa ölkələri Rusiyanın bu cür fəaliyyətlərə aidiyyəti olduğunu sübut edən konkret dəlillər təqdim etməyib.
Onun sözlərinə görə, Moskvanın ittihamlarla bağlı təkzibedilməz sübutlar tələb etməsinə cavab olaraq, yalnız aidiyyəti qurumların müəyyən məlumatları təhlil etdiyi barədə ümumi açıqlamalar verilir.
Rusiya XİN rəsmisi bildirib ki, həmin məlumatların ictimaiyyətlə bölüşülməsinin mümkün olmadığı deyilir.
23:05 17.07.2026
Oxunuş sayı: 67