ABŞ-nin dəniz qoruması sual altına düşdü: narahatlıqlar artıb
Dəniz daşımaları həyata keçirən ölkələr Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiətinə əvvəlki kimi etibar etmirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ məlumat yayıb.
Agentliyin məlumatına görə, yaxın vaxtlarda ABŞ donanmasının mühafizəsi altında hərəkət edən bir neçə gəmi İran tərəfindən zərbələrə məruz qalıb. Bu hadisələrdən sonra bəzi ölkələr və şirkətlər dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırıblar.
Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyətli marşrutlardan biri hesab olunur.
22:12 16.07.2026
Oxunuş sayı: 61