"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" (İslandiya) komandasını mübarizədən kənarlaşdırsa, ÇSKA (Bolqarıstan) kollektivi ilə qarşılaşacaq.
Bolqarıstan təmsilçisi ilk təsnifat mərhələsində İrlandiyanın "Derri Siti" komandasını iki oyunun ümumi nəticəsinə əsasən 5:3 hesabı ilə məğlub edərək "Qarabağ"ın mümkün rəqibinə çevrilib.
Xatırladaq ki, "Qarabağ" "Vestri"yə Bakıdakı ilk matçda 3 cavabsız qolla qalib gəlib. "Vestri" - "Qarabağ" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
23:58 16.07.2026
Oxunuş sayı: 63