Konfrans Liqası: “Zirə” qalib gəlir - YENİLƏNİB
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşün ilk yarısından sonra 2:0 hesabı ilə qalib gəlir.
Qolları 25-ci dəqiqədə Eren Aydın və 39-cu dəqiqədə Amin Seydiyev vurub.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.
20:33
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, “Şengelia Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.
21:08 16.07.2026
Oxunuş sayı: 74